Avropa İttifaqına (Aİ) üzv 27 dövlətin səfirləri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sənəd cümə günü yazılı prosedurla, yəni əlavə müzakirələr aparılmadan təsdiqlənəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın sədrlik etdiyi Aİ Şurası tviter səhifəsində məlumat yayıb.
"Səfirlər Aİ-nin Ukraynaya davam edən dəstəyinin bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində razılaşdırılmış üçüncü sanksiyalar paketidir (2022-ci il iyulun 1-dən etibarən -red). O, həm də ümumilikdə doqquzuncudur. Sənəd, sabah yazılı qaydada təsdiqlənəcək”, - məlumatda deyilir.