Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb

Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb.
Region
4 Oktyabr , 2024 13:16
Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb

Avropa İttifaqı (Aİ) Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinski bəyan edib.

Onun mətbuata verdiyi məlumata görə, Avropa İttifaqı Gürcüstan hökumətinin Avropaya qarşı ritorikasına görə Gürcüstana yüksək səviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə yüksək səviyyəli görüşlər keçirməmək qərarına gəlib.

“Bu ilin iyun ayında biz üzv dövlətlərlə Avropa İttifaqına qarşı qeyri-dost hesab etdiyimiz Gürcüstan hakimiyyətinin münasibətinə necə yanaşmaq barədə daxili müzakirə apardıq. Həmçinin, biz anti-Qərb və anti-Avropa povestinə, təbliğatına və konspirasiya nəzəriyyəsinə necə yanaşmalı olduğumuzu müzakirə etdik. Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamağa qərar verdik və buna görə son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər olmayıb. Brüsseldə də Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb. Bir daha təkrar edirəm, Avropa İttifaqının təsisatları Gürcüstan hökumətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər”, - Pavel Herçinski bildirib.

Son xəbərlər

Orphus sistemi