​Aİ Ermənistan və Belarus ilə bağlı yeni növ müqavilələr hazırlayır

​Aİ Ermənistan və Belarus ilə bağlı yeni növ müqavilələr hazırlayır "Biz assosiativ sazişin mümkünsüzlüyünü başa düşürük"
Region
5 Sentyabr , 2015 11:01
​Aİ Ermənistan və Belarus ilə bağlı yeni növ müqavilələr hazırlayır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Avropa Birliyi Ermənistan və Belarus ilə assosiativ sazişlə müqayisədə bu ölkələri Avropa İttifaqı ilə daha az bağlayan yeni razılaşma variantı hazırlayır. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqına sədrlik edən Lüksemburqun Xarici işlər naziri Jean Asselborn bildirib.

"Biz elə bir sistem axtarıb tapmağa çalışırıq ki, onun tədbiqi zamanı bütün körpülər dağılmasın. Biz assosiativ sazişin mümkünsüzlüyünü başa düşürük. Hamı daha asan, təkidsiz və fundamental saziş versiyasının axtarıb tapılmasına hazırdır. Bu iki ölkə ilə bağlı (Belarus və Ermənistan - red.) hamı razılığa gəlib. Bu assosiativ saziş deyil. Bu bir qədər aşağı səviyyədə bir razılaşma olacaq ", - Asselborn Aİ-yə üzv ölkələri Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri və Rusiya ilə münasibətlərin müzakirəsi aparılan qeyri-rəsmi görüşündən sonra jurnalistlərə bildirib.

O, qeyd edib ki, "müqavilədə gömrük güzəştləri olmayacaq. Orada bir çox məqamlar yer alacaq, lakin biz indi hələ yalnız sənədi işləyib hazırlayırıq", - nazir bildirib.

Xatırladaq ki, Şərq Tərəfdaşlığı proqramına Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir. Gürcüstan, Ukrayna və Moldova 2014-cü ilin iyununda Aİ ilə assosiasiya və azad ticarət zonası haqqında müqavilə imzalayıblar.

Son xəbərlər

Orphus sistemi