AİB Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

AİB Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozuna dəyişiklik edib.
Region
25 Sentyabr , 2019 11:53
AİB Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozuna dəyişiklik edib.

“Report”un yerli bürosu xəbər verir ki, yenilənən proqnoza əsasən, 2019-cu ildə Gürcüstanda ÜDM artımı 4,7%, 2020-ci ildə isə 4,6% təşkil edəcək.

Hər iki il üzrə proqnoz əvvəlkinə nisbətən 0,3% azalıb.

Proqnoza dəyişikliyin edilməsinin səbəblərindən biri Gürcüstana yatırılan investisiyaların həcminin azalmasıdır.

Gürcüstan hökuməti bu il ölkədə iqtisadi artımın 4,5% təşkil edəcəyini gözləyir. 

Son xəbərlər

Orphus sistemi