ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması planlaşdırılır

ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması planlaşdırılır “ABŞ-ın Türkiyə ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına dair yazılı anlaşma rəsmi Ankaraya təqdim ediləcək”.
Region
24 Sentyabr , 2019 09:47
ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması planlaşdırılır

“ABŞ-ın Türkiyə ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına dair yazılı anlaşma rəsmi Ankaraya təqdim ediləcək”.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Маykl Satterfil bildirib.

Onun sözlərinə görə, “F-35” qırıcıları ilə bağlı layihəyə Türkiyənin qayıtması, ABŞ-a polad və alüminium ixracatına qoyulan vergilərin azalması, “Patrior” zenit-raket sistemi ilə bağlı məsələdə azad ticarət anlaşması daxildir.

Səfir bildirib ki, yaxın günlərdə Türkiyəyə rəsmi nümayəndə heyəti səfər edəcək: “Bu sənədi ABŞ-ın Maliyyə Nazirliyi hazırlayıb, Ağ evə təqdim edəcək. Orada isə Türkiyəyə çatdırılacaq”.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsinin həcmi hazırda 20 milyard dollardır. 

Son xəbərlər

Orphus sistemi