“Aeroexpress” Vnukovo hava limanına sərnişindaşımanı dayandırır

“Aeroexpress” Vnukovo hava limanına sərnişindaşımanı dayandırır Avqustun 1-dən Rusiyanın “Aeroexpress” şirkəti Vnukovo hava limanına sərnişindaşımanı dayandırır.
Region
20 İyul , 2024 05:02
“Aeroexpress” Vnukovo hava limanına sərnişindaşımanı dayandırır

Avqustun 1-dən Rusiyanın “Aeroexpress” şirkəti Vnukovo hava limanına sərnişindaşımanı dayandırır.

"Report" xəbər verir ki, bu barədə şirkətin teleqram kanalında bildirilib.

Məlumata görə, bundan sonra şirkət yalnız Moskva şəhəri ilə Domodedevo və Şeremetyevo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir.

Qeyd edək ki, Rusiyanın 2005-ci ildə əsası qoyulan “Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir. "Aeroexpress" 2008-ci ildə fəaliyyətə başlayıb və 16 il ərzində 30 milyondan çox sərnişin daşıyıb.

Son xəbərlər

Orphus sistemi