BAEA ilə İran arasında əməkdaşlıq genişlənir

BAEA ilə İran arasında əməkdaşlıq genişlənir Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə İran hökuməti arasında əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib.
Region
25 Avqust , 2020 14:30
BAEA ilə İran arasında əməkdaşlıq genişlənir
Rafael Mariano Qrossi 

 Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə İran hökuməti arasında əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bu barədə BAEA-nın Baş direktoru Rafael Mariano Qrossi İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə Tehranda apardığı danışıqlardan sonra bildirib.

Agentlik rəhbəri əməkdaşlığın IAEA ekspertləri və müfəttişlərinin İrana səfərlərini ehtiva etdiyini deyib.

İRNA xəbər verir ki, Ə.Ə.Salehi keçirilən danışıqları “konstruktiv” qiymətləndirərək götürdükləri öhdəliklər çərçivəsində fəaliyyət göstərəcəklərini qeyd edib.

Xatırladaq ki, BAEA-nın Baş direktoru tərəflər arasında bir neçə ay davam etmiş gərginlikdən sonra İranın iki keçmiş nüvə müəssisəsinin təftiş olunması üçün dünən Tehrana səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi