ADA-nın Gürcüstanda təqdimatı olub

ADA-nın Gürcüstanda təqdimatı olub Azərbaycan Diplomatik Akademiyasının (ADA) məsul əməkdaşları Gürcüstana səfər edib.
Region
171
25 Noyabr , 2021 16:08
 ADA-nın Gürcüstanda təqdimatı olub

Azərbaycan Diplomatik Akademiyasının (ADA) məsul əməkdaşları Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, universitetin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova və Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan yerli azərbaycanlı tələbələrlə Tbilisidə görüş keçiriblər.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisində baş tutan görüşdə ADA-nın yaranması, beynəlxalq əməkdaşlıq əlaqələri, tələbə qəbulu qaydaları, təhsil və təqaüd proqramları, fakültələr, tələbələr üçün yaradılmış imkanlar və üstünlüklər barədə ətraflı məlumat təqdim olunub.

Tələbələrə ADA haqqında videçarx və təqdimat da nümayiş etdirilib. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Analoji görüş bu gün Tbilisidə Mirzə Fətəli Axundzadə adına 73 saylı azərbaycandilli ictimai məktəbin yuxarı sinif şagirdləri ilə də təşkil olunub.

ADA-nın nümayəndələri səfər çərçivəsində İlya adına Tbilisi Dövlət Universiteti, Gürcüstanın Təhsil və Elm Nazirliyində və azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə də görüşlər keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi