Aclıq aksiyası keçirən Mixeil Saakaşvili tibbi yardımdan imtina edib

Aclıq aksiyası keçirən Mixeil Saakaşvili tibbi yardımdan imtina edib Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ölkə vətəndaşlarına müraciət edib.
Region
5 Oktyabr , 2021 11:54
Aclıq aksiyası keçirən Mixeil Saakaşvili tibbi yardımdan imtina edib
Mixeil Saakaşvili

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili ölkə vətəndaşlarına müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstana xalqa azadlıq və demokratiyanı bərpa etməyə köməyə gəldiyini bildirib.

O, dəmir barmaqlıqlar arasında da azad insan olaraq qaldığını vurğulayıb: “Bildiyiniz kimi, aclıq elan etmişəm və istəyirəm biləsiniz ki, mən və mənə görə həbs olunan şəxslər azad olunmayana qədər heç bir halda aclığı dayandırmayacağam. Həyatı sevirəm, lakin bu aclıq ömrümün sonuna qədər davam edəcək”.

Sabiq dövlət başçısı istənilən tibbi yardım və müdaxilədən imtina etdiyini bildirib.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavi şəhərində 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi