Acarıstanda torpaq sürüşməsi: 4 nəfər ölüb, 2 nəfər itkin düşüb

Acarıstanda torpaq sürüşməsi: 4 nəfər ölüb, 2 nəfər itkin düşüb Bir müddət əvvəl isə xilasedicilər dağıntılar altından içərsində bir kişi və qadının olduğu avtomobil tapmışdılar.
Region
1710
3 Oktyabr , 2020 10:38
Acarıstanda torpaq sürüşməsi: 4 nəfər ölüb, 2 nəfər itkin düşüb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Halvaçaur rayonunda leysan yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır.

“Report” “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, rayonun Coço kəndində bir evin uçmasından sonra ər və arvad, həmçinin onların bir uşağı dağıntılar altında qalıb.

Bir müddət sonra ər və arvadın meyitləri torpaq altından çıxarılsa da, uşağın axtarışı davam edir.

Bir müddət əvvəl isə xilasedicilər dağıntılar altından içərisində bir kişi və qadının olduğu avtomobil tapmışdılar.

Son xəbərlər

Orphus sistemi