Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) Ali Şurasına seçkilərin proporsional seçki sistemi ilə keçirilməsi tələb olunur.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, muxtar respublikanın 8 müxalifət partiyası bununla bağlı birgə müraciət imzalayıb.
Müxalifətçilər bildiriblər ki, onlar təşəbbüsün nəzərə alınması üçün qanunvericiliyin tələb etdiyi 20 min imza da toplamağa hazırdırlar.
MR-in Ali Şurasının sədri Davit Qabaidze proporsional seçki sisteminə keçidlə bağlı müxalifət partiyaları ilə müzakirəyə hazır olduğunu bildirib.
Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının qərarı ilə 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional qaydada keçiriləcək.