Acarıstanda məktəblərin açılması təxirə salındı

Acarıstanda məktəblərin açılması təxirə salındı Gürcüstanın Acarıstan Muxtar Respublikasında epidemioloji vəziyyət nəzərə alınmaqla yeni dəsr ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb.
Region
14 Sentyabr , 2020 16:52
Acarıstanda məktəblərin açılması təxirə salındı

Gürcüstanın Acarıstan Muxtar Respublikasında epidemioloji vəziyyət nəzərə alınmaqla yeni dəsr ilinin başlaması oktyabrın 1-dək təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Acarıstanın hökumət başçısı Tornike Rijvadze bildirib.

O, sabahdan etibarən bölgədəki bütün təhsil müəssisələrində dərslərin distant formada keçiriləcəyini deyib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökuməti Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərində yeni dərs ilinin oktyabrın 1-də başlaması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi