Abxaziyadan Gürcüstana keçmək istəyən 3 nəfər çayda boğularaq ölüb
Region
- 07 aprel, 2021
- 09:03
Gürcüstanda Zuqdidi bələdiyyəsinin Şamqona kəndində İnquri çayında 3 nəfərin meyiti aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər işğal altında saxlanılan Abxaziyanın Qali rayonundan Gürcüstanın nəzarətindəki əraziyə çaydan keçməklə daxil olmağa cəhd ediblər.
Faktla bağlı istintaq tədbirləri aparılır.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, ölən şəxslər Gürcüstan vətəndaşları olublar və Abxaziyada qanunsuz həbsdən yayınmağa çalışıblar.
Qeyd olunub ki, insident bir daha Rusiyanın işğalından sonra baş verən proseslərin qeyri-insani və cinayətkar mahiyyətini bir daha nümayiş etdirir.
Yayılan məlumatlara əsasən, İnquri çayında batan 4-cü şəxsin meyitinin axtarışları davam etdirilir.
Son xəbərlər
12:04
Azərbaycanda dənizçilərin sənədlərinin rəqəmsal formada idarə olunması üçün platforma hazırlanıb
İnfrastruktur12:01
Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb
Hadisə12:00
Niderlandda aviareyslər ləğv edilib, qatarların hərəkətində problem yaranıb
Digər ölkələr11:43
MAR-ın Milli Seçki Komissiyası Tuaderanı prezident seçkilərinin qalibi elan edib
Digər ölkələr11:40
İbrahim Uzuncanın "Xankəndi"nin baş məşqçi vəzifəsindən ayrılmasının səbəbi müəyyənləşib
Futbol11:36
Dekabrda Azərbaycandan çıxışı qadağan olunan 579 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Hadisə11:34
Ötən ay sərhəddə 5 milyon manatdan çox qaçaqmal tutulub
Hadisə11:33
Yaponiyada 6,2 maqnitudalı zəlzələ olub, xəsarət alanlar var
Digər ölkələr11:33