Nika Rurua: "Abxaziya dəmir yolunun açılması Gürcüstanın Azərbaycan ilə münasibətlərini pozacaq"

Nika Rurua: "Abxaziya dəmir yolunun açılması Gürcüstanın Azərbaycan ilə münasibətlərini pozacaq" Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Nika Rurua fevralın 27-də brifinq keçirib
Region
1521
27 Fevral , 2017 20:53
Nika Rurua: Abxaziya dəmir yolunun açılması Gürcüstanın Azərbaycan ilə münasibətlərini pozacaq

Tbilisi. 27 fevral. REPORT.AZ/ “Abxaziya dəmir yolunun açılması qətiyyən mümkün deyil. Bu yolun açılması Gürcüstanın ərazi bütövlüyünə sarsıdıcı, ölümcül zərbə olacaq. Bu, həm də, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmaqlarını və Gürcüstanın suverenliyinin bərpasını qeyri mümkün edəcək”.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Nika Rurua fevralın 27-də keçirdiyi brifinqdə söyləyib.

O deyib: “Abxaziya dəmir yolunun açılması Gürcüstanın dövlət maraqlarına xəyanətdir və bu addım yalnız separatistlərin maraqlarına xidmət edəcək. Digər tərəfdən, bu, bizim iqtisadiyyatımızı da zəiflədəcək. Potu limanı ilə həyata keçirilən ticarət dövriyyəsini azaldacaq”.

“Abxaziya dəmir yolunun açılması Azərbaycan ilə münasibətləri pozacaq”- N.Rurua vurğulayıb.

Son xəbərlər

Orphus sistemi