ABŞ Vladimir Putinə cavab verib: “Onun bütün iddiaları absurddur”

ABŞ Vladimir Putinə cavab verib: “Onun bütün iddiaları absurddur” “Rusiya Prezidenti Vladimir Putinin Rusiyaya Qərbdən gələn təhdidlərlə bağlı bütün iddiaları absurddur. Kreml rəhbəri şəxsən özü Ukrayna ərazisinə genişmiqyaslı müdaxilə barədə qərar verib”.
Region
21 Fevral , 2023 17:15
ABŞ Vladimir Putinə cavab verib: “Onun bütün iddiaları absurddur”

“Rusiya Prezidenti Vladimir Putinin Rusiyaya Qərbdən gələn təhdidlərlə bağlı bütün iddiaları absurddur. Kreml rəhbəri şəxsən özü Ukrayna ərazisinə genişmiqyaslı müdaxilə barədə qərar verib”.

“Report” xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O söyləyib ki, kimsə Rusiyaya hücum etmir: “Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarsa, müharibə bitəcək. Ancaq Kiyev döyüşləri davam etdirməsə, ABŞ bu dövlətə köməyi dayandırsa, Ukrayna xəritədən silinəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsində iştirakını dayandırdıqlarını bidirib.

Son xəbərlər

Orphus sistemi