ABŞ Türkiyə konsulunun erməni qatilinin azadlığa buraxılmasından məyus olub

ABŞ Türkiyə konsulunun erməni qatilinin azadlığa buraxılmasından məyus olub ABŞ Dövlət Departamenti Türkiyənin Kaliforniyadakı konsulu Kamal Arıkanı qətlə yetirən erməni Hambik Sasunyanın vaxtından qabaq azadlığa buraxılması haqqında Los-Ancelos məhkəməsinin qərarından məyus olub
Region
12 Mart , 2021 13:00
ABŞ Türkiyə konsulunun erməni qatilinin azadlığa buraxılmasından məyus olub

ABŞ Dövlət Departamenti Türkiyənin Kaliforniyadakı baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni əsilli Hambik Sasunyanın vaxtından qabaq azadlığa buraxılması haqqında Los-Ancelos Məhkəməsinin qərarından məyus olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin bəyanatında bildirilib.

“Diplomata hücum etmək təkcə hər hansı fərdə qarşı ağır cinayət deyil, həm də diplomatiyanın özünə qarşı hücumdur. Dünyada qulluq edən Birləşmiş Ştatlar diplomatlarının təhlükəsizliyini təmin etmək üçün diplomatlara sui-qəsd edənlərin mümkün qədər yüksək cəza almalarını və bu cəzaları vaxtından əvvəl azad edilmədən və ya şərti cəza ilə sərbəst buraxılmadan çəkmələrini müdafiə etmək ABŞ-ın çoxdankı mövqeyidir. Bir daha cənab Arıkanın ailəsinə, həmçinin Türkiyə Xarici İşlər Nazirliyindəki həmkarlarımıza bu itki ilə bağlı dərin hüznlə başsağlığı veririk”

Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb: “Los-Ancelos Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq. Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Türkiyənin ABŞ-ın Los-Ancelos şəhərindəki baş konsulu Kemal Arıkan 1982-ci il yanvarın 28-də erməni terrorçular Hampiq SasunyanKrikor Saliba tərəfindən qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.

Qeyd edək ki, Hampiq Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyurtda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. O, Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında tərəfkeşi ilə birlikdə o, avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli mühakimə edib. Erməni terrorçu ömürlük azadlıqdan məhrum olunmuşdu. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi X.Sasunyanın əfv edilməsi ilə bağlı müraciətini təmin etməyib. 2016-cı ildə Kaliforniyanın Əfv komissiyası onu əfv etsə də ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Son xəbərlər

Orphus sistemi