ABŞ rəsmiləri: "PKK terrorçu təşkilatdır"

ABŞ rəsmiləri: "PKK terrorçu təşkilatdır" Dövlət Departamentinin sözçüsü: "ABŞ "YPG"yə silah-sursat vermir"
Region
26 Oktyabr , 2016 11:20
ABŞ rəsmiləri: PKK terrorçu təşkilatdır

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Əvvələr bu kürsüdən "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu- "REPORT") silah-sursat vermədiyimizi və PKK-nı terrorçu təşkilat kimi tanıdığımızı dəfələrlə bəyan etmişəm və yenə də bəyan edirəm".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın "YPG"yə verdiyi silahdan PKK istifadə edir açıqlamasına münasibət bildirərkən deyib.

Məlumata görə, ABŞ-ın digər rəsmi təmsilçisi, prezident Barak Obamanın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makkurk da PKK-nı terrorçu qruplaşma olaraq tanıdıqlarını söyləyib: "PKK terror qruplaşmasıdır və Türkiyə ilə İraqın şimalındakı kürd muxtar hökumətini təhdid edir. Bu problem muxtariyyətlə İraq mərkəzi hökuməti arasında həll edilməlidir".

Xüsusi nümayəndə Mosulda İŞİD-ə qarşı mübarizənin çətin olacağını və bir müddət davam edəcəyini də bildirib.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, terrorçu PKK-dan müsadirə etdiyimiz silahlar ABŞ-ın "YPG"yə verdiyi silahlar olduğunu müəyyənləşdirmişik.

Son xəbərlər

Orphus sistemi