ABŞ Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətə münasibət bildirib

ABŞ Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətə münasibət bildirib ABŞ hökuməti Qırğız Respublikası ilə Tacikistan sərhədindəki son hadisələrdən narahatdır.
Region
29 Yanvar , 2022 11:39
ABŞ Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətə münasibət bildirib

ABŞ hökuməti Qırğız Respublikası ilə Tacikistan sərhədindəki son hadisələrdən narahatdır.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) tviter hesabında yazı paylaşıb:

“ABŞ Qırğızıstan-Tacikistan sərhədində zorakılığın yenidən başlanmasından dərin narahatlıq keçirir. Bizim düşüncələrimiz ölənlərin, onların ailələrinin, həmçinin bu zorakılıq üzündən köçməli olanların yanındadır. Biz bu həllini tapmamış sərhəd problemini danışıqlar yolu ilə həll etməyə, dinc qonşuluq üçün öhdəlik götürmələrinə çağırırıq”.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi