ABŞ Prezidentinin müşaviri Vladimir Putinlə regional münaqişələri müzakirə edəcək

ABŞ Prezidentinin müşaviri Vladimir Putinlə regional münaqişələri müzakirə edəcək Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə regional münaqişələri və Suriya məsələsini müzakirə edəcək.
Region
23 Oktyabr , 2018 16:04
ABŞ Prezidentinin müşaviri Vladimir Putinlə regional münaqişələri müzakirə edəcək
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə regional münaqişələri və Suriya məsələsini müzakirə edəcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

Onun sözlərinə görə, tərəflər həmçinin iki ölkənin münasibətlərini və strateji təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyadan sonra ABŞ prezidentinin müşaviri Azərbaycan, Ermənistan və Gürcüstana da səfər edəcək. Amerikalı diplomatın Azərbaycana oktyabrın 24-də gəlməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi