ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək

ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək Təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zamana təsadüf edir
Region
3 Sentyabr , 2015 21:28
ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ İraq, Yəmən və Suriyada davam edən münaqişələr və İranın regional siyasəti ilə bağlı narahatlıqlar fonunda ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının kralı Salmanı sentyabrın 4-də Ağ Evdə qəbul edəcək. "Report" xəbər verir ki, bu, Kral Abdullanın ölümündən sonra taxta çıxan ərəb liderinin Birləşmiş Ştatlara ilk səfəri olacaq.

Prezident Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman arasında təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zamana təsadüf edir.

ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İŞİD qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə Yəməndə İranın dəstəklədiyi Huti qiyamçılarına müqavimət göstərir.

Son xəbərlər

Orphus sistemi