ABŞ-la Rusiya arasında danışıqlar başlayıb

ABŞ-la Rusiya arasında danışıqlar başlayıb İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.
Region
10 Yanvar , 2022 12:11
ABŞ-la Rusiya arasında danışıqlar başlayıb

İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edir.

Görüş ABŞ-ın Cenevrədəki nümayəndəliyində keçirilir.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Yanvarın 12-də isə Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılıb.

İngilis versiyası US-Russia talks kick-off 

Son xəbərlər

Orphus sistemi