ABŞ Dövlət Departamenti Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə könüllülər göndərəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun Gürcüstanın xarici işlər naziri Davit Zalkalianiyə ünvanladığı məktubda bildirilib.
ABŞ könüllülərinin ATƏT-in müşahidə missiyasına qoşulmaları nəzərdə tutulub.
M.Pompeo Gürcüstan hökumətinin beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsini təşviq etmək və asanlaşdırmaq üçün atdığı bütün addımları yüksək qiymətləndirdiyini vurğulayıb.