ABŞ konqresmenləri Gürcüstana səfər edəcəklər

ABŞ konqresmenləri Gürcüstana səfər edəcəklər ABŞ-ın respublikaçı konqresmeni Adam Kinzinger və konqresmen Aleks Muni (Alex Mooney) bu gün Gürcüstana səfər edəcəklər.
Region
5 Noyabr , 2019 12:09
ABŞ konqresmenləri Gürcüstana səfər edəcəklər

ABŞ-ın respublikaçı konqresmeni Adam Kinzinger və konqresmen Aleks Muni (Alex Mooney) bu gün Gürcüstana səfər edəcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 9-na qədər davam edəcək səfər çərçivəsində konqresmenlər Gürcüstanın baş naziri, xarici işlər, müdafiə nazirləri və parlament sədri ilə görüşlər keçirəcəklər. ABŞ rəsmiləri həmçinin “işğal xətti”nə də baş çəkərək oradakı mövcud vəziyyətlə tanış olacaqlar.

Konqresmenlər həmçinin Batumidə müdafiə və təhlükəsizlik mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər. Onlar Batumi və Poti limanlarına da baş çəkəcəklər.

Nümayəndə heyətinin tərkibinə ABŞ-Gürcüstan Dostluğu Assosiasiyanın üzvləri və işgüzar dairələrin nümayəndələri də daxil olacaq. 

Son xəbərlər

Orphus sistemi