ABŞ Konqresində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək

ABŞ Konqresində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək İyunun 4-də ABŞ Konqresində Helsinki Komissiyası çərçivəsində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək.
Region
18 May , 2024 11:35
ABŞ Konqresində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək

İyunun 4-də ABŞ Konqresində Helsinki Komissiyası çərçivəsində Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmələr keçiriləcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ Helsinki Komissiyası məlumat yayıb.

Helsinki Komissiyasının bəyanatında qeyd olunur ki, “Gürcüstanın suverenliyi və demokratiyasına dəstək” dinləmələri çərçivəsində “Açıq Cəmiyyət” Fondunun Avropaya inteqrasiya proqramının rəhbəri, Gürcüstanın keçmiş səfiri İvane Çxikvadze Gürcüstanın Avropa İttifaqına və “Chatham House”un baş elmi işçisi Natali Sabanadze və ABŞ-ın Gürcüstandakı keçmiş səfiri End Randi və “Korporation”ın baş elmi işçisi Uilyam Kortni çıxış edəcəklər:

"Sözügedən dinləmələr çərçivəsində aparıcı ekspertlər baş verən proseslər, onun Gürcüstanın demokratiyası və suverenliyinə təsiri və ABŞ-ın mümkün siyasi cavabları barədə danışacaqlar”.

Son xəbərlər

Orphus sistemi