ABŞ rəhbərliyi İranı hədələdi: "Ehtiyatlı olun"

ABŞ rəhbərliyi İranı hədələdi: "Ehtiyatlı olun" ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerika maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarə edir
Region
425
27 Fevral , 2021 02:26
ABŞ rəhbərliyi İranı hədələdi: Ehtiyatlı olun
Co Bayden və Entoni Blinken

“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerika maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarədir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”-deyə, diplomat deyib.

ABŞ prezidenti Co Bayden də İrana xəbərdarlıq edib. Jurnalistin “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” sualına cavabında Bayden deyib:

“Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun”.

Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub.

Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.

Son xəbərlər

Orphus sistemi