Pentaqon ABŞ-ın Suriyadakı hərbi obyektə hava zərbələrini təsdiqlədi

Pentaqon ABŞ-ın Suriyadakı hərbi obyektə hava zərbələrini təsdiqlədi Pentaqonda ABŞ-ın Suriyada İranın Silahlı Qüvvələrinə aid olduğu bildirilən obyektə hava zərbəsi endirməsini təsdiqləyiblər
Digər ölkələr
26 Fevral , 2021 06:03
Pentaqon ABŞ-ın Suriyadakı hərbi obyektə hava zərbələrini təsdiqlədi

Pentaqonda ABŞ-ın Suriyada İranın Silahlı Qüvvələrinə aid olduğu bildirilən obyektə hava zərbəsi endirməsini təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin saytında bildirilir.

Bundan başqa, nazirlik təsdiq edib ki, bu, İraqda Amerika obyektlərinə bir neçə gün əvvəlki hücumlara cavab zərbəsi idi. Müdafiə Nazirliyində qeyd ediblər ki, Amerika tərəfinin hərəkətləri Suriyanın və İraqın şərqində vəziyyətin deeskalasiyasına yönəldilib.

Bəyanata əsasən, Pentaqon belə cavabı "mütənasib" hesab edir. Həmçinin əlavə olunur ki, bununla paralel olaraq diplomatik tədbirlər də tətbiq olunub.

Həmçinin bildirilir ki, aviazərbə nəticəsində iranyönlü qruplaşmalar tərəfindən istifadə olunan bir neçə sərhəd binası məhv edilib.

Daha əvvəl yayılan məlumatda bildirilirdi ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.

Son xəbərlər

Orphus sistemi