ABŞ institutu: "Ukrayna strateji təşəbbüsü ələ keçirir"

ABŞ institutu: "Ukrayna strateji təşəbbüsü ələ keçirir" "Ukrayna böyük ehtimalla strateji təşəbbüsü ələ keçirir".
Region
5 Avqust , 2022 09:22
ABŞ institutu: Ukrayna strateji təşəbbüsü ələ keçirir

"Ukrayna böyük ehtimalla strateji təşəbbüsü ələ keçirir".

"Report" xəbər verir ki, bu fikir, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Ukraynanın əks-hücum əməliyyatlarına cavab olaraq qüvvələrini yenidən bölüşdürməyə və səylərini gücləndirməyə davam edir:

"Rusiya Xerson və Qərbi Zaporojya vilayətlərinə daha çox canlı qüvvə və texnika köçürür. Rusiya qüvvələri, həmçinin Ukraynanın başqa yerlərindən Krıma hərbi texnika, xüsusən də artilleriya və aviasiya yerləşdirir. Rusiya ordusu öz səylərini konkret məqsəd üçün birləşdirmək əvəzinə, Ukraynanın Xersondakı əks-hücumlarına cavab verir".

Məlumatda bildirilib ki, Ukraynanın Xersondakı əks-hücum hazırlığı və bununla əlaqədar olaraq Rusiya qüvvələrinin ciddi şəkildə zəifləməsi Kiyevin müharibənin gedişatını formalaşdırmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi