ABŞ institutu: “İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb”

ABŞ institutu: “İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb” “İrandakı etiraz aksiyaları kuliminasiya həddinə çatıb”.
Region
26 Yanvar , 2023 10:04
ABŞ institutu: “İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb”

“İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, lakin bu, etirazların başa çatacağı demək deyil: “Aksiya iştirakçıları hələ də mövcud rejimə qarşı qəzəblidirlər. Pəhləvi tərəfdarı olan Məşhəd Məhəllə Gəncləri Təşkilatı etirazçıları yanvarın 25-də rejimə qarşı mübarizəni davam etdirməyə çağırıb”.

ABŞ analitiklərinin qənaətinə görə, iqtisadi durumun pisləşməsi ölkədəki aksiyaların əsas səbəblərindəndir: “Neft-kimya və telekommunikasiya işçiləri və təqaüdçülər yanvarın 22-dən bütün İranda bir neçə kiçik miqyaslı nümayişlər keçiriblər. Mövcud rejim elektrik enerjisinin kəsilməsi və təbii qaz çatışmazlığı məsələlərinin indiyədək həll edə bilməyib. Bu, çox güman ki, rejim əleyhinə etirazları artıracaq. Qarşıdakı aylarda, hətta illərdə etiraz aksiyaları yenidən alovlana bilər”.

Xatırladaq ki, İranda etiraz aksiyaları təxminən 3 aydır davam edir. İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin qətlindən sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi