ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini məhdudlaşdırıb

ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini məhdudlaşdırıb ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər
Region
15 Dekabr , 2015 02:38
ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini məhdudlaşdırıb

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizliklə əlaqədar fəaliyyətini məhdudlaşdırıb."Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ankaradakı səfirliyi viza müraciətləri ilə bağlı qəbullar daxil olmaqla, bir sıra xidmət növlərini təxirə salıb.

Səfirlik, ABŞ vətəndaşlarını bazar ertəsi və çərşənbə axşamı səfirlik binasına gəlməməyə çağırıb.

ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər.

Xatırladaq ki, terrorçu İŞİD qruplaşmasının mümkün hücumu ilə bağlı kəşfiyyat məlumatlarının əldə olunmasından sonra ötən həftə ABŞ-ın İstanbuldakı konsulluğu oxşar xəbərdarlıq yaymışdı.

Son xəbərlər

Orphus sistemi