ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub

ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub Bakı. 20 avqust. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub.
Region
20 Avqust , 2018 09:13
ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub. 

"Report" CNNTürk-ə istinadən xəbər verir ki, hadisə avqustun 19-dan 20-nə kecən gecə baş verib. 

Naməlum avtomobildə olan şəxslər paytaxt Ankaranın Atatürk bulvarında yerləşən diplomatik nümayəndəliyin binasına atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçıblar. 

Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.  

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi