​ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri viza verilməsini dayandırıb

​ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri viza verilməsini dayandırıb Buna səbəb kimi İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqın göstərilib
Region
10 Avqust , 2015 15:34
​ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri viza verilməsini dayandırıb

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ Türkiyədə konsulluq xidmətini dayandırıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Buna səbəb kimi bazar ertəsi günü səhər saatlarında İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqın göstərilib.

Xəbərə görə, konsulluq növbəti xəbərdarlığadək bağlı qalacaq.

"Bu gün səhər saatlarında baş verən hadisəyə görə konsulluq bağlı qalacaq. Diplomatik missiyanın fəaliyyətə başlayacağı haqda məlumat veriləcək", - ABŞ-ın Baş Konsulluğu "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, konsulluğa hücumu iki qadın törədib. Yaralı olaraq, təslim olan qadınlardan birinin şəxsiyyəti məlum olub. 51 yaşında Xədicə Aşıq terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası -Cəbhəsinin (DHKP-C) üzvüdür. Məlumatda bildirilib ki, o, 2005-ci ildən terroçu-kamikadze kimi axtarışda olub.

Son xəbərlər

Orphus sistemi