ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluq binasına boya atıblar

ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluq binasına boya atıblar Naməlum şəxslər boyanı binaya tərəf atdıqdan sonra hadisə yerindən uzaqlaşıblar
Region
29 Avqust , 2017 15:00
ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluq binasına boya atıblar

Bakı. 29 avqust. REPORT.AZ/ Naməlum şəxslər ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluq binasına içi boya ilə dolu stəkan atıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisəni törədən şəxslər avtomobildə hərəkət edərkən boyanı binaya tərəf atıblar və hadisə yerindən uzaqlaşıblar. Onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Boya atan şəxslərin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil konsulluğun yanında yaşayan işsiz tacikistanlıya məxsusdur.

Son xəbərlər

Orphus sistemi