ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə namizəd məlum olub

ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə namizəd məlum olub ABŞ prezidenti Donald Tramp ölkənin Gürcüstandakı səfir postuna Kelli Deqnanın (Kelly C. Degnan) namizədliyini irəli sürüb.
Region
4 Sentyabr , 2019 10:23
ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə namizəd məlum olub

ABŞ prezidenti Donald Tramp ölkənin Gürcüstandakı səfir postuna Kelli Deqnanın (Kelly C. Degnan) namizədliyini irəli sürüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, K.Deqnan hazırda ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərliyinin Avropa və Afrika üzrə siyasi məsləhətçisidir.

Səfir vəzifəsinə namizədin diplomatik missiyalarda 25 illik iş təcrübəsi var. K.Deqnan ABŞ-ın Türkiyədəki səfirliyində siyasi müşavirin müavini vəzifəsində də çalışıb. K.Deqnanın namizədliyini ABŞ Senatı dəstəkləməlidir.

Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfir postu 2018-ci ilin martından vakant qalıb. 2015-2018-ci illərdə bu vəzifəni Yan Kelli tutub.

Orphus sistemi