ABŞ-ın analitik mərkəzi: Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq

ABŞ-ın analitik mərkəzi: Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir.
Region
18 Yanvar , 2018 11:49
ABŞ-ın analitik mərkəzi: Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ "Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir."

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzi yazıb.

"Şübhə yoxdur ki, prezident Serj Sarqsyan və Ermənistanın Respublikaçılar Partiyası bu il planlaşdırıldığı kimi, parlament sisteminə keçidi başa çatdırdıqdan sonra ölkə qarşısında yeni iqtisadi problemlər qaçılmaz olacaq", - mərkəzin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Ermənistan hökuməti bu il Qərblə Rusiya arasında manevrləri davam etdirəcək və iqtisadiyyatın, sosial sahənin yaxşılaşdırılması istiqamətində praktiki olaraq heç bir addım atmadan genişmiqyaslı etiraz aksiyalarının qarşısını almağa çalışacaq.

Son xəbərlər

Orphus sistemi