ABŞ ilk dəfə rusiyalı oliqarxlardan müsadirə etdiyi vəsaitləri Ukraynaya verəcək

ABŞ ilk dəfə rusiyalı oliqarxlardan müsadirə etdiyi vəsaitləri Ukraynaya verəcək ABŞ ilk dəfə sanksiya tətbiq olunan rusiyalı oliqarxlardan müsadirə etdiyə vəsaitləri Ukraynaya ötürəcək.
Region
7 Sentyabr , 2023 07:19
ABŞ ilk dəfə rusiyalı oliqarxlardan müsadirə etdiyi vəsaitləri Ukraynaya verəcək

ABŞ ilk dəfə sanksiya tətbiq olunan rusiyalı oliqarxlardan müsadirə etdiyə vəsaitləri Ukraynaya ötürəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmıtro Kuleba ilə birgə mətbuat konfrasında deyib.

“Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalmış rusiyalı oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya ötürürük, bundan sonra Ukrayna hərbi veteranlarına dəstək üçün istifadə olunacaq”, - diplomat vurğulayıb.

ABŞ dövlət katibinin sözlərinə görə, “Putinin işğalçı müharibəsinə töhfə verənlər bunun əvəzini ödəməlidirlər”.

Söhbət veteranların dəstəklənməsi və reabilitasiyasına yönəldilməsi nəzərdə tutulan 5,4 milyon dollardan gedir.

Bu vəsaitlər Blinkenin elan etdiyi 1 milyard dollardan artıq yardım çərçivəsində Ukraynaya göndərilir.

Son xəbərlər

Orphus sistemi