ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib Xəbərdarlıqda amerikalılara qarşı zorakılıq aktları törədilə biləcəyi qeyd olunub
Region
23 Oktyabr , 2016 13:45
ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu Amerika vətəndaşlarına mümkün terror və zorakılıq cəhdləri barədə xəbərdarlıq edib.

"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin məlumatında bildirilir ki, amerikalılara hücum əvvəlcədən hazırlanmış və ya planlaşdırılmamış xarakter daşıya bilər. Konsulluğun məlumatına görə, bu, silahlı hücum, oğurlanma, partlayış və ya digər zorakılıq aktı ola bilər.

Məlumatda hansı kateqoriyalı amerikalıların hücum obyekti ola biləcəyi qeyd edilməyib.

Son xəbərlər

Orphus sistemi