Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ administrasiyası İrana qarşı sanksiyaların mümkün genişləndirilməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının nəzərdən keçirilməsini qeyri-müəyyən vaxta təxirə salıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların hərbi mütəxəssisləri bu tədbirləri qeyri-səmərəli biliblər.
Çünki bütün bu tədbirlər həyata keçirilərsə, İranla danışıqlar aparmaq artıq alınmayacaq.
Ağ evdə hesab edirlər ki, İranla münasibətlərin kəskinləşməsi Suriya və İraqda İŞİD terror təşkilatı ilə mübarizəni çətinləşdirəcək.