ABŞ İrana qarşı nüvə məhdudiyyətinin müddətini uzadıb

ABŞ İrana qarşı nüvə məhdudiyyətinin müddətini uzadıb ABŞ Dövlət Departamenti İranın nüvə silahı yaratmaq imkanlarını azaltmaq məqsədi ilə bu ölkənin nüvə proqramına dair məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb.
Region
1 Avqust , 2019 10:55
ABŞ İrana qarşı nüvə məhdudiyyətinin müddətini uzadıb

ABŞ Dövlət Departamenti İranın nüvə silahı yaratmaq imkanlarını azaltmaq məqsədi ilə bu ölkənin nüvə proqramına dair məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Morqan Ortaqus bildirib.

İran hökumətinin nüvə proqramından “beynəlxalq ictimaiyyətə hədə-qorxu gəlmək, regional təhlükəsizliyə xələl gətirmək üçün” istifadə etdiyini irəli sürən Dövlət Departamentinin rəsmisi bu ölkənin nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün hər cür iqtisadi və diplomatik vasitələrdən istifadə edəcəklərini vurğulayıb.

Bundan əvvəl ABŞ hökuməti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etmişdi.

Son xəbərlər

Orphus sistemi