ABŞ: Gürcüstanın NATO-ya üzv olmasına tərəfdarıq

ABŞ: Gürcüstanın NATO-ya üzv olmasına tərəfdarıq "Biz bu öhdəliyi yerinə yetirməyə hazırıq və Gürcüstanı dəstəkləyirik"
Region
3 Noyabr , 2015 00:53
ABŞ: Gürcüstanın NATO-ya üzv olmasına tərəfdarıq

Bakı. 03 noyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatları Gürcüstanın NATO-ya daxil olmasına tərəfdardır. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin birinci müavini Toni Blinken Gürcüstanın Xarici İşlər Naziri Georgiy Kvirikaşvili ilə görüşü zamanı deyib.

2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin qərarlarını xatırladan Blinken, Gürcüstanın quruma üzv qəbul edilməsinə dair öhdəliyin mövcud olduğunu vurğulayıb. "Biz bu öhdəliyi yerinə yetirməyə hazırıq və Gürcüstanı dəstəkləyirik", - deyə ABŞ rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi