Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyənin cənub-şərq bölgəsinə səyahət etməməyi məsləhət görüb.
“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında xəbərdarlıq yayıb.
Məlumata görə, departament dövlət məmurlarına İstanbul və Türkiyənin cənub-şərq bölgəsinə edəcəkləri rəsmi səfərlərə məhdudiyyət qoyulmasını məsləhət görüb.
Xəbərdə bildirilib ki, qurum bu xəbərdarlığı Türkiyədə edilən terror hücumları ilə əlaqələndirib.