ABŞ-dən İrana aviasiya detalları göndərmək istəyən əslən iranlı həbs edilib

ABŞ-dən İrana aviasiya detalları göndərmək istəyən əslən iranlı həbs edilib ABŞ-dən İslam Respublikasına qanunsuz yolla aviasiya ehtiyat hissələri çıxarmaq istəyən iranəsilli şəxsə ittiham oxunub.
Region
15 Avqust , 2024 11:35
ABŞ-dən İrana aviasiya detalları göndərmək istəyən əslən iranlı həbs edilib

ABŞ-dən İslam Respublikasına qanunsuz yolla aviasiya ehtiyat hissələri çıxarmaq istəyən iranəsilli şəxsə ittiham oxunub.

“Report” xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Bildirilib ki, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi 68 yaşlı ABŞ vətəndaşı, iranəsilli Cefferi Çansu Nader Amerika istehsalı olan aviasiya detalları, o cümlədən hərbi təyyarədə istifadə olunan hissələri qanunsuz yolla İslam Respublikasına ixrac etmək istəyib. Ona qarı ABŞ-nin İrana tətbiq etdiyi sanksiyaları və başqa qanunları pozduğu üçün ittiham irəli sürülüb.

Məlumata görə, o, Kaliforniyada həbs edilib.

İttihama görə, Nader və şərikləri ABŞ-dən İrana dörd növ təyyarə hissələri alaraq qanunsuz ixrac ediblər və ən azı 2023-cü ildən bu hissələri ABŞ-dan İrana ixrac etməyə cəhd göstəriblər. Bu hissələrin bəziləri İran İslam Respublikasının hərbi təyyarələrində, o cümlədən “F-4” döyüş təyyarəsində istifadə oluna bilər.

İrandakı müştərilərindən aldığı satınalma sifarişləri əsasında Nader oradakı biznes tərəfdaşları ilə təyyarə hissələrinin satın alınmasını koordinasiya edərək İranda yaşayan həmkarları ilə birlikdə bu hissələrin ABŞ-dəki tədarükçüləri ilə əlaqə saxlayıb.

Nader ABŞ-nin təyyarə hissələri tədarükçülərinə bir neçə dəfə yalandan özünü və Kaliforniyada yerləşən “Pro Aero Capital” şirkətinin hissələrinin son istifadəçiləri kimi təqdim edib.

İttihamnaməyə görə, o, təyyarənin hissələrini aldıqdan sonra bir neçə dəfə hissələri Birləşmiş Ərəb Əmirliklərinə ixrac etməyə cəhd göstərib. Oradan isə İrandakı son müştəriyə göndərilməsini planlaşdırıbmış.

Son xəbərlər

Orphus sistemi