ABŞ altı şirkət və bir gəmini İrana görə “qara siyahı”ya salıb

ABŞ altı şirkət və bir gəmini İrana görə “qara siyahı”ya salıb ABŞ Maliyyə Nazirliyi Panama bayrağı altında üzən bir gəmini, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurdan olan altı təşkilatı İrana görə sanksiyalar siyahısına əlavə edib.
Region
2 Avqust , 2022 06:10
ABŞ altı şirkət və bir gəmini İrana görə “qara siyahı”ya salıb

ABŞ Maliyyə Nazirliyi Panama bayrağı altında üzən bir gəmini, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurdan olan altı təşkilatı İrana görə sanksiyalar siyahısına əlavə edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında dərc olunan məlumatda deyilir.

Sanksiya siyahısına əlavə edilən şirkətlərin ABŞ-dakı aktivləri dondurulacaq, Amerika vətəndaşlarının və ya şirkətlərinin onlarla əməkdaşlığı qadağan ediləcək.

Son xəbərlər

Orphus sistemi