Zəngilanda hotel kompleksinin təməli qoyulub

Zəngilanda hotel kompleksinin təməli qoyulub Mayın 4-də Zəngilanda hotel kompleksinin təməlqoyma mərasimi olub.
Qarabağ
4 May , 2023 18:28
Zəngilanda hotel kompleksinin təməli qoyulub

Mayın 4-də Zəngilanda hotel kompleksinin təməlqoyma mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksin layihəsi barədə məlumat verib.

Bildirilib ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Diqqətə çatdırılıb ki, 110 nömrədən ibarət olacaq hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Hotel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.

Sonra Prezident İlham Əliyev hotel kompleksinin təməlini qoyub.

Son xəbərlər

Orphus sistemi