Zəngilan və Qubadlıda 63 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB

Zəngilan və Qubadlıda 63 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB Bu gün bir qrup jurnalist mediatur çərçivəsində işğaldan azad edilmiş Qubadlı rayonunun Xanlıq kəndində olub
Qarabağ
29 Aprel , 2021 18:12
Zəngilan və Qubadlıda 63 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

15:58

Bu gün bir qrup jurnalist mediatur çərçivəsində işğaldan azad edilmiş Qubadlı rayonunun Xanlıq kəndində olub.

"Report"un Qubadlıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları tərəfindən Zəngilan və Qubadlıdan tapılan 63 partlamamış hərbi sursat və mina partlayış yolu ilə zərərsizləşdirilib.

Qeyd edək ki, 47 ədəd partlamamış hərbi sursat və mina ilə yanaşı, 8 ədəd tank əleyhinə TM-62P2 minası, 2 ədəd piyada əleyhinə OZM-72 minası, 6 ədəd isə tank əleyhinə minanın partladıcısı - MVP2 də məhv edilib.

Son xəbərlər

Orphus sistemi