Zaxarova: “Rusiya Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənəcəyinə ümid edir”

Zaxarova: “Rusiya Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənəcəyinə ümid edir” “Ərazilərin minalardan təmizlənməsi məsələlərinin, o cümlədən minalanmış sahələr barədə məlumat mübadiləsinin həllinə çağırırıq"
Qarabağ
10 İyun , 2021 18:25
Zaxarova: “Rusiya Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənəcəyinə ümid edir”
Mariya Zaxarova

"Rusiya Dağlıq Qarabağda minaların təmizlənməsi prosesinin sürətlənəcəyinə ümid edir".

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Tərəfləri ərazilərin minalardan təmizlənməsi məsələlərinin, o cümlədən minalanmış sahələr barədə məlumat mübadiləsinin həllinə çağırırıq. Ümid edirik ki, bu proses sürətlənəcək”, - M.Zaxarova deyib.

“Minalardan təmizlənmə problemi çox təhlükəlidir. Rusiya Dağlıq Qarabağ və bitişik ərazilərdə münaqişədən sonrakı dövrdə minalardan təmizlənmə prosesinə əhəmiyyətli qatqı təmin edir. Rusiya sülhməramlı kontingentinin səyləri nəticəsində 26 minə yaxın partlayıcı element aşkarlanıb və 2 min hektardan çox ərazi təmizlənib. Oxşar tədbirlər Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır”, - Rusiya XİN rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi