Mariya Zaxarova: “Rusiya Bakı ilə Yerevan arasındakı humanitar aksiyaları dəstəkləməyə hazırdır”

Mariya Zaxarova: “Rusiya Bakı ilə Yerevan arasındakı humanitar aksiyaları dəstəkləməyə hazırdır” “Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa dialoqun qurulmasını, eləcə də iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq”.
Qarabağ
533
15 Yanvar , 2021 13:17
Mariya Zaxarova: “Rusiya Bakı ilə Yerevan arasındakı humanitar aksiyaları dəstəkləməyə hazırdır”
Mariya Zaxarova

“Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa dialoqun qurulmasını, eləcə də iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Düşünürük ki, bu cür təşəbbüslər barışıq, qarşılıqlı anlaşma, etimad mühitinin formalaşmasına kömək edir. Bunlar həm Azərbaycan, həm də erməni xalqının və prinsipcə bütün Cənubi Qafqaz regionunun, deməli həm də Rusiya Federasiyasının xeyrinə olardı. Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi meyl nümayiş etdirirlərsə, Rusiya tərəfi bu cür humanitar aksiyaları dəstəkləmək niyyətindədir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi