Zabux kəndinə köçən sakin: “Doğma yurduma qayıdıram”

Zabux kəndinə köçən sakin: “Doğma yurduma qayıdıram” “Çox şükürlər, bu günləri görmək nəsibimiz oldu, artıq doğma yurduma qayıdıram”.
Qarabağ
16 Noyabr , 2023 07:14
Zabux kəndinə köçən sakin: “Doğma yurduma qayıdıram”

“Çox şükürlər, bu günləri görmək nəsibimiz oldu, artıq doğma yurduma qayıdıram”.

“Report” xəbər verir ki, bu sözləri Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola düşən keçmiş məcburi köçkün Abbasova Xəyalə deyib.

O, 31 ildən sonra təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmalarına imkan yaradıldığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Son xəbərlər

Orphus sistemi