“30 ildir Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin qaytarılmasını gözləyirdik. İndi vəziyyət çətin olaraq qalır, çünki minalardan təmizləmə prosesi davam edir”.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, Rus icmasının sədri Mixail Zabelin Moskva-Bakı telekörpüsü zamanı deyib.
Qarabağda həyatın yaxşılaşdırılması prosesini şərh edən deputat nəqliyyat əlaqələrinin bərpa edilməsi və yolların çəkilməsi üzrə genişmiqyaslı işlərin başladığını söyləyib: “Sakinləri evlərinə qaytarmaq üçün infrastrukturun inkişafı və ərazilərin təmizlənməsi məsələlərini həll etmək lazımdır. Ermənilər bütün evləri dağıdıb, meşələri qırıb. Çox çətinliklər var. Amma əminəm ki, qarşısına bu məsələlərin həlli vəzifəsini qoyan prezidentimiz hər şeyi sona qədər idarə edəcək və qaçqınların Qarabağa ən qısa zamanda qayıtmasına töhfə verəcək”.