"YAŞAT": Bu günədək 5 505 şəxs öhdəliyə götürülüb

"YAŞAT": Bu günədək 5 505 şəxs öhdəliyə götürülüb Fond tərəfindən indiyədək 2 881 şəhid ailəsi ziyarət olunub
Qarabağ
10 Aprel , 2021 10:30
YAŞAT: Bu günədək 5 505 şəxs öhdəliyə götürülüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

"Report" xəbər verir ki, fond tərəfindən indiyədək 2 881 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 5 505 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2 586 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 128-dir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi