Xüsusi Təyinatlı Dəstənin komandiri danışır... - VİDEO

Xüsusi Təyinatlı Dəstənin komandiri danışır... - VİDEO “26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə cənab Ali Baş Komandanımız başda olmaqla şəhid ailələrini, sıradan kənar olan qazilərimizi, sırada olan qazilərimizi və Silahlı Qüvvələrimizin bütün hərbi qulluqçularını təbrik edirəm. Hərbi qullu
Qarabağ
26 İyun , 2021 10:33
Xüsusi Təyinatlı Dəstənin komandiri danışır... - VİDEO
Zəfər Yusibov

“26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin bütün kollektivi adından cənab Ali Baş Komandanımız başda olmaqla şəhid ailələrini, qazilərimizi və Silahlı Qüvvələrimizin bütün hərbi qulluqçularını təbrik edirəm. Hərbi qulluqçulara xidmətlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram”.

Bunu “Report”a müsahibəsində Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov deyib.

O deyib ki, Vətən müharibəsi dövründə xalq Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi: “Ümummilli lider gözəl kəlamlarından birində deyib ki, ordu xalqın ayrılmaz bir hissəsidir. Bəli, biz bunu Vətən müharibəsində gördük, yaşadıq, canlı şahidi olduq. Xalqımız, bütün dünya azərbaycanlıları Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşdi, tam həmrəylik nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatını gözəl bir şəkildə, peşəkarcasına, uğurla həyata keçirdik”.

“Ordu birləşmələrinin, hər bir qoşun növünün özünün spesifik xüsusiyyətləri mövcuddur. O xüsusiyyətlərə görə də təyinatı və vəzifələri var. Ancaq hər birinin də vəzifələrində Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək göstərilib. 2020-ci ilin əvvəlindən dünyanı öz caynağına alan COVID-19 pandemiyası ilə bağlı olaraq, Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçuları daxili işlər orqanları əməkdaşları ilə birgə xidmətə cəlb olunub. Burada xalqımız sağ olsun ki, anlayış göstərdi. Bu xidmətin öhdəsindən layiqincə gəldik. Hazırda xidmət davam etməkdədir. Biz həmin xidməti davam etdirərkən 2020-ci ilin sentyabr ayının 27-də düşmən qüvvəsinin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu ilə Vətən müharibəsi başladı. Bütün Orduya həyəcan siqnalı verildi. Biz də öz təyinatımıza uyğun olaraq, xüsusi təyinatlılar döyüş bölgəsinə yollandı və tapşırıqlar müəyyənləşdirildi. Vətən müharibəsində qarşımıza qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdik və torpaqlarımız düşmən işğalından azad olundu”, - Z.Yusibov bildirib.

Qeyd edək ki, DİN Daxili Qoşunlarının N saylı hərbi hissəsinin XTD-nin komandiri, polkovnik Z.Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Ölkə və DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ona növbədənkənar mükafat qaydasında “polkovnik” rütbəsini təqdim edib.

Vətən müharibəsi zamanı o, rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları istiqamətlərində döyüşüb. XTQ komandiri Hadrut qəsəbəsinə ilk daxil olan qəhrəmanlardandır. O, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır. Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanıb və bu barədə heç kəsə məlumat verməyib. O, 3 gün yaralı vəziyyətdə döyüşüb.

Z.Yusibov yarası sağalmamış yenidən döyüşlərə qatılıb və Kəlbəcərin düşməndən azad olunmasında iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Operator: Ehtiram Cəbi

Montajçı: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi